İnam Kərimov  fermerlərlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

İnam Kərimov fermerlərlə görüşdü

Sosial

06 May 2019 13:39 1076


Kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə İsmayıllı rayonunda aqrar sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələr mövzusunda fermerlərlə görüş keçirilib.

Bu barədə "Yeni Sabah"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 

Məlumata görə, Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə nazirliyin aparatının, tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri iştirak ediblər. Dominos pizza

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Seyidov qeyd edib ki, son illərdə rayonda taxılçılıq, meyvəçilik, baramaçılıq və heyvandarlıq daha da inkişaf edib. İ.Kərimov isə müşavirədə çıxış edərək qeyd edib ki, ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib: “Aqrar sahənin daha da inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Biz fəaliyyətimizdə kəndli və fermerlərə yaxınlıq, düzgün və səmərəli idarəçilik, innovasiyaların tətbiqi prinsiplərini əsas götürürük. Bu cür görüşlərin keçirilməsində məqsəd fermerlərin qayğı və problemlərini dinləmək, təxirəsalınmaz tədbirlər görməkdir”.

Nazir Azərbaycanda aqrar inkişafı ilə bağlı mövcud vəziyyət, qarşıda duran vəzifələr, görülən işlər barədə məlumat verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!