İnanılmaz: Əkiz uşaqların kəfənindən iki oyuncaq çıxdı

saytların hazırlanması

Evə çatdırılma

İnanılmaz: Əkiz uşaqların kəfənindən iki oyuncaq çıxdı

Maraqlı

11 Fevral 2021 14:01 960


Rusiyada doğuş zamanı dünyasını dəyişən əkiz körpələrin dəfnində tabutdan oyuncaq çıxıb.

Yenisabah.az xəbər verir ki, hadisə Stavrapol şəhərində qeydə alınıb. İddialara görə, qadının əkiz körpələri ölü doğulub. Bu vaxt xəstəxanada olmayan ataya zəng vurularaq körpələrin ölü doğulduğu bildirilib. O, xəstəxanaya gedərək cəsədləri təhvil alıb. Daha sonra körpələrini Dağıstanın Babayurt şəhərinin Tamazatube kəndində dəfn etmək istəyib. Kəfəni açıb körpələri qəbrə qoymaq istəyən ata, körpələrin cəsədi əvəzinə 2 gəlinciklə qarşılaşıb. O, dərhal polisə müraciət edib. Maraqlı hadisədən sonra Dağıstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı istintaq başladıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!