ABŞ-ın Kaliforniya ştatında yaşayan Raymond Maykl Vaybrin İnstagram hesabından açdığı canlı yayım qətl etirafı kimi qəbul edilib.
Yenisabah.az xəbər verir ki, “Vacaville” Polis İdarəsinə bir şəxsin canlı yayımda iki qadının cansız bədənini nümayiş etdirdiyinə dair şikayət daxil olub. Polis qrupları bu məlumatdan sonra dərhal 29 yaşlı şəxsin evinə əməliyyat təşkil ediblər. Nəticədə adam həbs edilib. Hazırda Solano rayon həbsxanasında saxlanılan şəxsin əvvəllər törətdiyi müxtəlif cinayətlərə görə axtarışa verildiyi aşkarlanıb.
Qətlə yetirilən və şəxsiyyəti məlum olmayan iki qadının ölüm səbəbləri məhkəmə tibbi ekspertizasının rəyindən sonra müəyyən olunacaq. pizza mizza
Telegram kanalımız