İndi Balakənə kim rəhbərlik edir? –   Deputat da bilmir

saytların hazırlanması

Evə çatdırılma

İndi Balakənə kim rəhbərlik edir? – Deputat da bilmir

Siyasət

30 Oktyabr 2025 16:27 5047


“Şikayətlər əsasən vətəndaş qəbullarında olub. Eyni zamanda fərdi qaydada, köməkçim vasitəsi ilə çatdırıblar. İradlar daha çox məmur özbaşınalığı, şikayətlərə vaxtında baxılmaması, torpaq və iş problemləri ilə bağlı idi. Mən də aidiyyəti qaydada icra başçısının nəzərinə çatdırmışam. Müraciətin formasından, xarakterindən asılı olaraq, bəziləri həll olunub, bəziləri isə yox”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Balakən rayonunun sabiq icra başçısı, hazırda Milli Məclisdə bu rayonu təmsil edən deputat Nəsib Məhəməliyev deyib.

O bildirib ki, hazırda icra başçısının vəzifələrinin müvəqqəti kimə həvalə olunması ilə bağlı məlumatı yoxdur: pizza

“Səhər bu hadisə ilə bağlı mətbuatda xəbərlər çıxan zaman köməkçimə bildirdim ki, rayon icra hakimiyyətindən kim varsa, əlaqə saxlasın. O, dedi ki, əlaqədə olduğu işçilərin telefonlarına zəng çatmır. Yəqin ki, bu keçirilən əməliyyatla bağlıdır.

İcra başçısının vəzifələrinin müvəqqəti kimə həvalə olunması ilə bağlı məndə konkret məlumat yoxdur”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən rayonunda keçirdiyi əməliyyat nəticəsində uzun illərdir rayona rəhbərlik edən icra başçısı İslam Rzayev, onun 3 müavini və rayonun baş memarı saxlanılıb.  İcra başçısının birinci müavini Turan Dibirov, müavinləri Nəzakət Rüstəmova və Mehparə Nuriyevadır. Rayonun baş memarı isə Tahir Rəcəbovdur. 

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla İ.Rzayev icra başçısı vəzifəsində azad olunub. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!