“İndi top Azərbaycanın meydançasındadır“ - Mirzoyan

saytların hazırlanması

Evə çatdırılma

“İndi top Azərbaycanın meydançasındadır“ - Mirzoyan

Rəsmi

20 Yanvar 2023 17:28 1060


“Ermənistan Azərbaycanla sülh münasibətlərinin qurulmasını nəzərdə tutan müqavilə üzrə danışıqları heç vaxt dayandırmayıb”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Laçın dəhlizinin bağlanması və Moskva görüşünün təxirə salınmasından asılı olmayaraq, saziş layihəsi ilə bağlı yeni təkliflərimizi və əsaslandırmalarımızı Azərbaycan tərəfinə çatdırmışıq, lakin hələ də cavab almamışıq. Beləliklə, top indi Azərbaycanın meydançasındadır. Marqarita pizza

Keçmişdə olduğu kimi, Ermənistan bu gün də danışıqlar prosesinə konstruktiv və vicdanlı yanaşır, çünki son məqsədimiz regionda təhlükəsizlik və sülhün bərqərar olmasıdır. Beynəlxalq ictimaiyyətin çağırışlarını da dinləyirik və daha intensiv danışıqlar aparmağa hazırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!