“İndiyə qədər bəh-bəhlə tərifləmişik...” – Naxçıvanın rəsmi qəzeti 

saytların hazırlanması

Evə çatdırılma

“İndiyə qədər bəh-bəhlə tərifləmişik...” – Naxçıvanın rəsmi qəzeti 

Rəsmi

15 Fevral 2023 09:58 9338


“İndiyə qədər Naxçıvanda həyata keçirilən tikinti-quraşdırma işlərini yalnız bəh-bəhlə tərifləmişik”. 

“Yeni Sabah” xəbər verir ki, bu sözlər Naxçıvan MR-nın rəsmi dövlət nəşri olan “Şərq qapısı” qəzetində “Tikintidə əsas məqsəd insan həyatı və təhlükəsizliyi olmalıdır“ başlıqlı yazıdandır. Məqalənin müəllifi qeyd edir ki,  tikintidə kiminsə səhlənkarlığından, yaxud tamahından qaynaqlanan elə fəsadlar törənə bilər ki, bunların da son nəticəsi yıxılan evlər, dağılan ocaqlar, məhv olan insanlardır. 

“İstər bina sahiblərinin, istər memar və mühəndislərin olsun, kimlərinsə səhv qərarı ilə mərtəbə və ya balkon əlavə olunaraq seysmik davamlılığı ciddi zərərgörən binaların, son nəticədə, nəyə səbəb olduğunu bu gün ürəkağrısı ilə “Xəbərlər”dən izləyir, günahkarların cəzalandırılmasını istəyirik. Gəlinən nəticə isə odur ki, insan gördüyü bütün işlərdə elmi biliklərə və onlara söykənən qanuni tələblərə əsaslanmalıdır ki, sonda belə faciəvi hallarda günahı özündə axtarmasın. Qanun isə tələb edir ki, sökülməsi lazım gələn köhnəlmiş, yaxud qəzalı vəziyyətdə olan binalar heç zaman təmir edilməməli, fundamenti möhkəm, dayanıqlı binalara qətiyyən layihədən kənar mərtəbə və ya eyvan artırılmamalıdır. Bəziləri belə yamaq konstruksiyaların guya gözəllik və yaxud komfort gətirdiyini düşünsələr də, bir gün yer titrəyəndə diz çöküb Yaradana yalvaracaqlarını da unutmamalıdırlar! Yaxud elmi bilikləri heçə sayıb şəhərimizdəki hündürmərtəbəli, çoxbloklu binaların ortasında “seysmik pay” məqsədilə nəzərdə tutulmuş boşluğu beton töküb dolduranlara nə deyəsən?  Dominos pizza

Axı, bu vacib konstruksiya elementi qanunla onun üçün nəzərdə tutulub ki, Naxçıvan kimi 9 ballıq seysmik zonada baş verə biləcək zəlzələlər binaları titrədən zaman dağıdıcı güc zəifləsin. Binalarımızın təmiri zamanı “seysmik payı” kosmetik görüntü xatirinə dəmir-betonla bağlayıb binaların bu şəkildə qəzalı vəziyyətə salınması isə bu barədə rəylərini soruşduğumuz Naxçıvan Muxtar Respublikası Dövlət Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi mütəxəssislərinin də fikrincə, qətiyyən yolverilməz haldır. 

İnanırıq ki, araşdırdığımız və  hər kəsi narahat edən bu məsələlər barəsində təmir-tikinti işlərinin keyfiyyətinə və bədbəxt hadisələrin baş verməməsinə cavabdeh olan aidiyyəti qurumlar ciddi reaksiya verəcəklər! Çünki bu gün tikintidəki bir səhlənkarlıq sabah kütləvi insan tələfatı ilə müşayiət olunan faciələrlə nəticələnə, təqsirkarlar isə birbaşa hüquq-mühafizə orqanları qarşısında cavabdeh ola bilərlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!