İndiyədək Qarabağda 480-dən çox şəxsə məxsus meyit qalıqları aşkar edilib

saytların hazırlanması

Evə çatdırılma

İndiyədək Qarabağda 480-dən çox şəxsə məxsus meyit qalıqları aşkar edilib

Maraqlı

15 Avqust 2023 16:16 678


“Ötən dövr ərzində Xocavəndin Edilli, Xocalının Fərrux, Füzulinin Seyidəhmədli, Şuşa Daşaltı kəndlərində, həmçinin Kəbəcər, Ağdam və digər yaşayış məntəqələrində ümumilikdə 480-dən çox şəxsə məxsus meyit qalıqları aşkar edilib”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.

Onun sözlərinə görə, onların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirmə aparılması məqsədilə 300-ə yaxın məhkəmə tibbi kriminalistik və məhkəmə molekulyar genetik ekspertizası həyata keçirilib. Toyuqlu pizza

E. Tağıyev bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi prosesi davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!