İnfeksiyaların artması pnevmoniya riskini yüksəldir -   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

İnfeksiyaların artması pnevmoniya riskini yüksəldir - XƏBƏRDARLIQ

Sosial

07 Yanvar 2026 09:45 387


Hazırda mövsümi kəskin respirator virusların artması, qrip və digər infeksiyaların ağır keçməsi, insanların gec həkimə müraciət etməsi, zəifləmiş immunitet pnevmoniyanın yaranma səbəbləri ola bilər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.

İnsanların qapalı və zəif havalandırılan məkanlarda cəmləşməsi, hava-damcı yolu ilə ötürülən infeksiyaların əhali arasında yayılma sürətini nisbətən artırır: “İnfeksiyanın yayılma arealını məhdudlaşdırmaq üçün sanitariya qaydalarına riayət olunması və kollektiv immunitetin qorunması böyük əhəmiyyət kəsb edir. Xüsusilə, risk qrupuna daxil olan şəxslərin kütləvi toplaşma yerlərindən uzaq durması tövsiyə olunur”. Pepperoni pizza

“Xəstəliyin ilk klinik əlamətləri olan şəxslərin izolyasiyası, zəncirvarı yoluxma hallarının qarşısının alınmasında ən effektiv rol oynayır. Respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət nəzarət altındadır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!