Növbəti mövsümdə İngiltərənin 6 komandası Çempionlar Liqasında çıxış edə bilər. Bu, hazırda Avroliqanın yarımfinalında çıxış edən və ilk oyunlarında inamlı qələbələr qazanan “Mançester Yunayted” və Tottenhem” klublarında hansısa birinin sözügedən turnirdə çempion olması ilə bağlıdır.
Yenisabah.az xəbər verir ki, cari mövsüm ilk İngiltərə Premiyer Liqasının 5 pilləsini tutmuş komandalar 2025-2026-cı il mövsümündə Çempionlar Liqasında çıxış etmək hüququna malik olacaq. “Mançester Yunyted” və “Tottenhem”in sözügedən beşliyə daxil olmaması, 6-cı komandanın da mötəbər turnirə vəsiqə qazanması mənasına gəlir.
Qeyd edək ki, Avroliqanın qalibi olan komanda növbət il birbaşa Çempionlar Liqasına vəsiqəni təmin edir. Hazırda turnirdə 2 ingilis klubu yarımfinal mərhələsinə gəlib çıxmağı bacarıb. Finalın bir addımlığında “Mançester Yunayted” – “Atletik Bilbao”nu 3-0, “Tottenhem” isə “Bodo Qmilt”i 3-1 hesabı ilə məğlub edib. Marqarita pizza
Telegram kanalımız