“İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi artıq hökumətə təqdim olunub” 

saytların hazırlanması

Evə çatdırılma

“İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi artıq hökumətə təqdim olunub” 

İqtisadiyyat

08 Oktyabr 2024 14:31 1393


“İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsinin dövlət qurumları ilə razılaşdırılması başa çatıb və layihə artıq hökumətə təqdim olunub. 

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Təhsilin İnkişafı Forumu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib. 

O bildirib ki, həmçinin rəqəmsal iqtisadiyyat strategiyasının dövlət qurumları ilə razılıq mərhələsi yekunlaşıb və tezliklə yekun variantın hökumətə təqdim edilməsi nəzərdə tutulur.  Sezar pizza

Azərbaycanda texniki təmayüllü mühəndislik sahələrinə marağın artdığını diqqətə çatdıran nazir müavini qeyd edib ki, hər il bu artım dinamikası müşahidə edilir: “İnsanların işlə təminat səviyyəsi yüksəkdir. Bundan əlavə işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın hansı sektorlarına dövlət dəstəyinin olacağı da artıq müəyyənləşib. Bununla bağlı müvafiq dövlət proqramları var. Həmin sahələr üzrə mövcud ali təhsil müəssisələrində biliklərin verilməsi metodologiyasının dərinləşdirilməsinə ehtiyac görürük”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!