İki kollecə yeni direktor müavinləri təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

İki kollecə yeni direktor müavinləri təyin edildi

Sosial

13 Mart 2026 09:04 332


Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə və Sumqayıt Musiqi Kollecinə yeni direktor müavinləri təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova müvafiq əmr imzalayıb.  

Əmrə əsasən, Şamama Əmirova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə, Aysel Səfixanova isə Sumqayıt Musiqi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər. Dördpendirli pizza

Qeyd edək ki, Ş.Əmirova bakalavr təhsilini Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimliyi” ixtisası üzrə alıb. Daha sonra ADA Universitetində “Təhsil menecmenti” ixtisası üzrə magistratura təhsili alıb. O, 2013–2020-ci illərdə Laçın rayonu 10 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyib, 2020-ci ildən etibarən isə həmin məktəbin direktoru vəzifəsində fəaliyyət göstərib.

A.Səfixanova bakalavr təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “İnstrumental ifaçılıq” ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Milli Konservatoriyasında fərqlənmə ilə başa vurub. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində “Menecment” ixtisası üzrə ikinci ali təhsil alır.

Əmək fəaliyyətinə 2015-ci ildə başlayan Aysel Səfixanova müxtəlif dövrlərdə bir sıra vəzifələrdə çalışıb. O, 2023–2025-ci illərdə Azərbaycan Milli Konservatoriyasının Etnomusiqişünaslıq kafedrasında müəllim kimi fəaliyyət göstərib. Yeni təyinata qədər Azərbaycan Milli Konservatoriyasında rektorun köməkçisi vəzifəsində çalışıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!