“İnsanlar pensiyaya tez çıxıb nə edəcək ki?” – Deputatdan maraqlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“İnsanlar pensiyaya tez çıxıb nə edəcək ki?” – Deputatdan maraqlı açıqlama

Sosial

19 Dekabr 2022 10:13 30068


Sosial şəbəkələrdə millət vəkili Məlahət İbrahımqızının pensiya yaşının 70 yaşadək artırılmasıyla bağlı təklif etdiyinə dair məlumatlar yer alıb. 

Deputatın əhalinin sosial rifahının yaxşı olmasını əsas gətirərək, pensiya yaşının artırılmasının tərəfdarı olduğu deyilir. 

Cebhe.info-ya danışan Milli Məclisin üzvü haqqında yayılan xəbərlərin yalnış olduğunu bildirib: pizza sifarişi

"Rəsmi bir adamın adından yanlış məlumatlar yaymaq olmaz. Mən elə söz deməmişəm, kim belə söz deyibsə, onu qınayıram. Pensiya yaşının artırılması hazırda heç cür mümkün deyil, azaldılması da bu gün gündəmdə deyil. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, sədr müavini olaraq bildirirəm ki, pensiya yaşında dəyişikliklə bağlı komitəyə heç bir təklif gəlməyib". 

Deputat bildirib ki, məsələ müzakirədə deyil, amma, gələcəkdə necə olacağını indidən deyə bilməz: 

"İnsanlar erkən pensiyaya çıxıb nə edəcəklər ki? Aktiv həyat yaşamaları ilə seçilməlidirlər. Bu, tək millət vəkilinin də qərarı deyil. Pensiya yaşı kim necə istədisə, elə təyin edilmir. İnsanın sağlamlığı, orta ömür həddi və s. təhlil edilir, ondan sonra pensiyanın yaşla bağlı hissəsinə qərar verilir. Beynəlxalq Əmək Təşkilatının ekspertləri bunun üçün çoxlu rəylər verirlər. Hər ölkənin maddi durumu, həyat tərzi, xüsusiyyətləri nəzərə alındıqdan sonra pensiya yaşı müəyyən olunur". 

Qeyd edək ki, deputat bir müddət öncə pensiya yaşının 65 yaşdan aşağı endirilməsinin tərəfdarı olmadığını açıqlayıb. O bildirib ki, bu gün cəmiyyətdə insanlarımız 65 yaşında həkim, müəllim işləyir. Onlar pensiyaya çıxmaq istəmirlər. Əksinə, bir az vaxtın uzanmasını istəyirlər. Özünün hazırda 63 yaşı olduğunu deyən deputat insanların həyatının ən məhsuldar çağında evdə oturmasını qınayıb: 

"Azərbaycanda orta ömür həddi uzanıb. Bu, o deməkdir ki, sosial, maddi rifahda da yaxşılaşma var". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ərəstun
    Atam onurğasından 4 yerdən əməliyyat olunub , onurğasına mil qoyulub, anam ağciyər xəstəsidi, məndə həm onurğamdan həmdə ağciyərlərimdən əziyyət çəkirəm, hərbi xidmət zamanı ağır pinevmaniya olmuşam, ələtdə 1ci şöbədə müalicə almışam. Belə bir durumda heç bir yerdən yardım olunmadığı bu durumda , yaşamımıza necə davam edə bilərik, artıq satılası heç bir şey də qalmayıb, çox xayiş edirəm bu sualıma bu dövlət rəsmisi cavab versin
    3 years ago
  • Renat
    Duzdu 70 yaw nediki siz yegin 80 yawdasiz ama pul cavan saxlayib hamini ozunuz kimi cavan bil.iyin
    3 years ago
  • İlqar
    Siz yeyirsiz başqaları adam deyil.Xalqin lənətini gələssiz.
    3 years ago
  • Əziz
    50 yaşda işə götürmürlər deyirlər qocalmısan.Təqaüdü 70 deyil 60 yaşda vermək lazımdır.Qardaş Türkidə 60 yaşdır pensiya.Belə çıxır onların iqtisatçıları heç nə bimir?
    3 years ago
  • Osman Baxşıyev
    Əlbəttə ki ayda 2000 maaş alsalar işdən çıxmağ istəməzlər də. Kim istəyər ki heç kəs gic və ya dəli deyil ki?! Qəşəy qazanır da. Maaşınnan az gələcəy pensiyada. Neynir ee. Elələri var 500 manat maaşa ömrünü verir. Onları düşünməzsiz haa
    3 years ago
  • Kərəm
    Biabırçılıqdır. Necə də ürəkbulandırıcı və xalqın əleyhinə olan bir bəyənatdır.
    3 years ago
  • Ceyhun
    Mən pensiyaya çıxıb oturacaq evimdə nəvəmlə oynayacam,sən çıxma otur orda, ayda 5000 alırsız sizin nə vecinizədir.
    3 years ago
  • Nicat
    sizin savadiniz bura qederinee el verir sizleride basa dusurem men. duwunsenize millet 70 yawda prnsiyaya cixir bes bu cavan kadrlar ne olacak? olkede o qeder iw yerleri varmidirki? camahat pensiyaya cxmazsa yerler bowalmazsa cavanlarin kor olacagini sizin o gozel savadiniz size bilgilendirmir. dovletin kulli miqdarda pulun alirsiniz ayda 3. 4. 5 min azn maaw alrsiniz 300 400 maas alanlari anlamirsiniz cunki size xeyir edir sizden olsa pensiya 100 yaw edersiniz cunki sizin maawiniz sizi qane edir. milletin 70 il yawayacagina qaranti verirsiniz bu yawayiwla? bizim dusmenimiz oz icerimizdedir insan insana elediyin hec bir mexluq ede bilmez dogrudur bu
    3 years ago
  • Camal Ocaqverdiyev
    Qinamaq azdir. Əgər həmin sòzù deməmissinizsə yazani ver məhkəməyə əks halda deyəcəklər demissiniz.
    3 years ago