İnstitut direktoru: Azərbaycan dilində rəsmi üslub bərbad gündədir

saytların hazırlanması

Evə çatdırılma

İnstitut direktoru: Azərbaycan dilində rəsmi üslub bərbad gündədir

Sosial

08 Dekabr 2025 12:27 486


Azərbaycan dilində rəsmi üslub bərbad gündədir.

"Yeni Sabah" xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla bağlı adi bir ərizə nümunəsinini misal göstərmək kifayətdir: "Yazıb sizə bildirirəm ki… Bu, nə dərəcə doğrudur? Buna da yenidən baxılmasını məqbul hesab edirəm". pizza sifarişi

Professor diqqəti Azərbaycan dilinin Orfoqrafiya lüğəti ilə bağlı son işlərə yönəldib:

"Azərbaycan dilində 80 min söz olduğu bildirilirdi. Ancaq bazaya yerləşdirdiyimiz sözləri ələkdən keçirmişik. Hazırda əlimizdə Azərbaycan dilinin 220 min işlək sözü var. İndi bu sözlərin emal olunması ilə məşğuluq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!