“İnter” - “Barselona” oyununda azarkeşin ürəyi dayandı

saytların hazırlanması

Evə çatdırılma

“İnter” - “Barselona” oyununda azarkeşin ürəyi dayandı

İdman

08 May 2025 10:59 422


UEFA Çempionlar Liqasında "Barselona" ilə yarımfinalın cavab oyununa (4:3) gələn "İnter" azarkeşinin ürəyi dayanıb.

Yenisabah.az  xəbər verir ki, bu barədə "FCInter1908.it" portalı məlumat yayıb.

Bildirilib ki, təqribən 40 yaşlı kişi görüşün sonunda qəfil huşunu itirərək yerə yıxılıb. Azarkeşə dərhal yardım göstərilib və ürəyi yenidən döyünməyə başlayıb. pizza

Kişinin vəziyyəti stabilləşdikdən sonra xəstəxanaya aparılıb. O, hazırda komadadır və bu gün, mayın 8-də oyandırılmalıdır. Azarkeşdə nevroloji pozğunluq əlamətləri müşahidə edilməyib.

Qeyd edək ki, iki oyunluq qarşıdurmanın ardından Fransanın PSJ-si ilə qarşılaşacaq "İnter" Çempionlar Liqasının finalına yüksəlib./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!