İnternet provayderləri qiymətləri qaldırdı: 5 ayda nə olub?

saytların hazırlanması

Evə çatdırılma

İnternet provayderləri qiymətləri qaldırdı: 5 ayda nə olub?

İqtisadiyyat

28 Yanvar 2025 15:46 8116


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 14.08.2024 tarixində yaydığı məlumatda genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanıldığı qeyd olunub.

“Yeni Sabah” yenicag.az-a istinadla xəbər verir ki, araşdırmaya səbəb bir çox internet provayderin abunəçilərə xəbərdarlıq etmədən tarif qiymətlərini yüksəltməsi olub.

Bəs keçən 5 ay ərzində aparılan araşdırma ilə bağlı hansısa nəticə əldə edilib? Sezar pizza

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən sayta bildirilib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazarda Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.

Dövlət Xidməti tərəfindən hazırda toplanmış sübut və dəlillərin araşdırılması və təhlili prosesinin davam etdirildiyi vurğulanıb:

“Araşdırma prosesi yekunlaşdırıldıqdan sonra nəticələr barədə ictimaiyyətə məlumat veriləcəkdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • VÜQAR
    Çox biabırçı və başd başınalıq dövrdə yaşayırıq.Kimin ağlına nə girir onuda edir.Əhalinin,kasıb təbəqənin qeydinə qalan yoxdu.İnternetin qiyməti qalxır,sürəti isə aşağı düşür.Xidmətidə yox dərəcəsindədir.
    1 year ago
  • İntiqam
    Salam.Biyabırçılıqdı qiymət qalxdı amma keyfiyyət yenə sıfırdı.
    1 year ago