İran Prezidenti Məsud Pezeşkianın oğlu və müşaviri Yusuf Pezeşkian ölkədə etirazlardan sonra tətbiq edilən internet məhdudiyyətlərinin aradan qaldırılmasına çağırıb.
“Yeni Sabah” xəbər verir ki, o, bu barədə Telegram hesabında yazıb.
Y.Pezeşkian qeyd edib ki, internetin bağlanması problemlərin həllinə kömək etmir, əksinə, onları gecikdirir və narazılığı artırır. Sezar pizza
O vurğulayıb ki, etirazlara dair görüntülərin yayılmasının qarşısını almaq cəhdləri səmərəsizdir.
Xatırladaq ki, ötən il dekabrın 28-də İranda kütləvi etirazlar başlayıb. Aksiyalar, əsasən, iqtisadi çətinliklər, yüksək inflyasiya və sosial narazılıqlar fonunda baş verib və qısa müddətdə siyasi xarakter alıb. Hakimiyyət etirazların yayılmasının qarşısını almaq üçün bir sıra sərt qərarlar qəbul edib, addımlar atıb, ölkə üzrə genişmiqyaslı internet məhdudiyyətləri tətbiq edib. Müstəqil mənbələrin məlumatına görə, hadisələr zamanı hökumət qüvvələri tərəfindən 2500 nəfərdən çox aksiya iştirakçısı öldürülüb.
İranın rəsmi mənbələri isə iğtişaşlar zamanı 3117 nəfərin öldüyünü açıqlayıb. Onlardan 2427-si polis, təhlükəsizlik qüvvələrinin əməkdaşları və mülki əhalidir. Rəsmi qurumlar ölənlərdən 690 nəfəri təxribatçı kimi təqdim edib.
Telegram kanalımız