Qırmızı bülletenlə axtarılan 37 azərbaycanlı: Onlar hansı cinayətlərdə ittiham olunurlar?

saytların hazırlanması

Evə çatdırılma

Qırmızı bülletenlə axtarılan 37 azərbaycanlı: Onlar hansı cinayətlərdə ittiham olunurlar?

Kriminal

06 Avqust 2025 11:47 1130


Hazırda "Interpol"un qırmızı bülleteni ilə 37 Azərbaycan vətəndaşının beynəlxalq axtarışı elan edilib.

Yenisabah.az xəbər verir ki, axtarılan şəxslər bir sıra ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunurlar.

Onların arasında narkotik vasitələrin dövriyyəsi, qətl, silahlı quldurluq, maliyyə fırıldaqları, vergidən yayınma, sənəd saxtakarlığı, mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq və qanunsuz silah saxlama kimi əməllərlə üzərində cinayət təqibi aparılan şəxslər yer alır. Pepperoni pizza

Axtarışda olan şəxslərin çoxu kişi cinsinə mənsubdur, yaşları isə 25 ilə 60 arasında dəyişir. Onlardan bir neçəsi Avropa ölkələrində, xüsusilə də Monteneqro, Rusiya, Almaniya, Türkiyə və İspaniyada axtarılır.

Xüsusilə, Monteneqroda baş vermiş bəzi kriminal hadisələrlə bağlı da azərbaycanlıların adları hallanır. İnterpolun siyahısında Monteneqroda mütəşəkkil cinayətkar qruplara üzv olmaq, narkotik maddələrin dövriyyəsi və qanunsuz silah saxlama ilə əlaqədar barələrində axtarış olan şəxslər yer alır.

İnterpol vasitəsilə axtarılan bəzi azərbaycanlıların məlumatları təqdim olunur:

Əli Quliyev, 42 yaş, – Narkotik vasitələrin qanunsuz dövriyyəsi (Almaniyada axtarılır)

Rəhim Məmmədov, 35 yaş  – Adam öldürmə (Monteneqroda axtarılır)

Nigar Hüseynova, 29 yaş – Fırıldaqçılıq (BƏƏ-də axtarılır)

Elçin Abbasov, 50 yaş – Silahlı quldurluq (Türkiyədə axtarılır)

Kamran Əliyev, 38 yaş – Vergidən yayınma (Rusiyada axtarılır)

Tural Səfərov, 41 yaş – Qaçaqmalçılıq (Gürcüstanda axtarılır)

Zaur Həsənov, 36 yaş – Mütəşəkkil cinayətkarlıq (Monteneqroda axtarılır)

Lalə İsmayılova, 31 yaş – Sənədlərin saxtalaşdırılması (İsveçdə axtarılır)

Samir Vəliyev, 45 yaş – Maliyyə fırıldaqları (İspaniyada axtarılır)

Səbuhi Qasımov, 33 yaş – Qanunsuz silah saxlama (Monteneqroda axtarılır)

Digər axtarılan şəxslər də oxşar cinayətlərlə əlaqədar olaraq müxtəlif ölkələrdə hüquq-mühafizə orqanlarının nəzarətindədir.

Xatırladaq ki, İnterpolun qırmızı bülleteni bu şəxslərin istənilən ölkədə saxlanılması və müvafiq hüquqi prosedurlar əsasında ekstradisiyası üçün hüquqi əsas yaradır.

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!