İntihar edən 4 uşaq anası ilə bağlı dəhşətli faktlar -   Başında iki deşik açılıb, bədəni...

saytların hazırlanması

Evə çatdırılma

İntihar edən 4 uşaq anası ilə bağlı dəhşətli faktlar - Başında iki deşik açılıb, bədəni...

Kriminal

11 Mart 2020 18:42 764


Ağcabədi rayonunda 27 yaşlı Günay Quliyevanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

"Yeni Sabah" xəbər verir ki, G.Quliyevanın dayısı Publika.az-a bildirib ki, mərhumun başında iki deşik açılıb, bədəni də döyülməkdən gömgöy olub.

Onun sözlərinə görə, ailə əvvəldən problemli olub: Dominos pizza

“Günay dəfələrlə qayınatası və həyat yoldaşı tərəfindən döyülüb, işgəncələrə məruz qalıb. O, ölümündən 3-4 gün əvvəl atasıgildə olub.

Xəstələnmişdi, ata evində müalicə alırdı. Deyilənlərə görə, evinə qayıdandan sonra özünü asıb. Ora qayıdandan sonra aralarında nə söz-söhbət olub, bilmirik”.

Qeyd edək ki, G.Quliyeva dörd uşaq anası olub. Onun ən kiçik övladı yeddi ay əvvəl dünyaya gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!