Sabirabad rayonu sakini intihara cəhd edib.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə iddia edilir ki, rayon sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sabirabad rayon şöbəsinin binasının üstünə çıxaraq intihar etmək istədiyini bildirib.
“Hər il uşaqlarımın haqqını yeyirlər. Bu il də 5300 manatımı verməyiblər. İndi gəlib cavab versinlər” deyən rayon sakini, intihar edəcəyini bildirib.
Hadisə haqqında ətraflı məlumat almağa çalışırıq.
Telegram kanalımız