İnvestorların Venesuela neftinə marağı artıb - FT

saytların hazırlanması

Evə çatdırılma

İnvestorların Venesuela neftinə marağı artıb - FT

Dünya

05 Yanvar 2026 16:22 402


Financial Times (FT) sənayedəki mənbəyə istinadən yazır ki, Amerikanın nəhəng neft şirkətləri "ExxonMobil", "Chevron" və "ConocoPhillips" rəhbərləri Tramp administrasiyasının Venesuela prezidenti Nikolas Maduronu devirmək planlarından xəbərdar olmayıblar.

"Yeni Sabah" xəbər verir ki, mənbə qəzetə deyib: “Venesuelaya sərmayə qoyacaq kapitalı və təcrübəsi olan sənaye oyunçularından heç biri nə Maduronun devrilməsindən əvvəl, nə də prezident Tramp [Venesuellanın neft sənayesinin yenidən qurulması ilə bağlı] bəyanatlar verməzdən əvvəl məsləhətləşmələr aparıb".

"Amos Global Energy Management"in rəhbəri Əli Moşiri FT-yə bildirib ki, o, Venesueladakı neft layihələrinə 2 milyard dollar investisiya cəlb etmək niyyətindədir: Sezar pizza

"Biz bu sıçrayışı gözləyirdik; özəl investorlara 2 milyard dollarlıq təklifimiz hazırdır və investisiya hədəfləri müəyyənləşdirilib. Son 24 saat ərzində mənə təxminən on potensial investordan zənglər gəlib. Venesuelaya maraq sıfırdan 99 faizə yüksəlib”.

ABŞ-nin sanksiyaları ləğv edilərsə, Avropa şirkətlərinin, o cümlədən İspaniyanın "Repsol" və İtaliyanın "Eni" şirkətlərinin də investisiya layihələrinə qoşula biləcəyini vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl “The Daily Telegraph” Britaniyanın neft və qaz nəhəngləri “Shell” və BP-nin Venesueladakı əməliyyatlarına qayıda biləcəyini yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!