İnzaqi: “Son illərdə onun kimi futbolçu görməmişəm”

saytların hazırlanması

Evə çatdırılma

İnzaqi: “Son illərdə onun kimi futbolçu görməmişəm”

İdman

01 May 2025 14:12 415


“İnter”in baş məşqçisi Simone İnzaqi “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal haqqında fikirlərini bölüşüb.

Yenisabah.az xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk maçında “İnter” səfərdə “Barselona” ilə qarşılaşıb. 3:3 hesabı ilə bitən görüşdə 17 yaşlı ispaniyalı bir gözəl qol da vurub.

Matçdan sonra keçirilən mətbuat konfransında İnzagi Yamal barədə sualı cavablandırıb: “Mən son 8-9 il ərzində Lamin Yamal kimi bir futbolçu görməmişəm. Ona qarşı üç oyunçu oynatmalı olduq və təbii ki, bu zaman “Barselona” üçün bəzi boşluqları yarandı”. pizza hut

Lamin Yamal Çempionlar Liqasının yarımfinalında qol vuran ən gənc futbolçu olub və bu göstərici ilə “Monako”da oynamış Kilian Mbappenin rekordunu qırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!