“İqtidar öz xalqına odlu silahlardan atəş açır” –   Atambayev canlı yayımda + Video

saytların hazırlanması

Evə çatdırılma

“İqtidar öz xalqına odlu silahlardan atəş açır” – Atambayev canlı yayımda + Video

Dünya

08 Avqust 2019 08:01 1245


Qırğızıstanda vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkənin sabiq prezidenti Almazbek Atambayev avqustun 7-dən 8-nə gecə keçən “Aprel” televiziya kanalı vasitəsilə xalqa müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, Almazbek Atambayev müraciətində deyib: “Mən sizə kədərlə müraciət edirəm. Bugünkü iqtidar ölkə Konstitusiyasını pozaraq öz xalqına odlu silahlardan atəş açır. 

Bu, çox utandırıcı bir haldır. Atambayev və onun ətrafına toplaşanlar terrorçu deyil. İqtidara demək istəyirəm, dayanın və öz xalqınıza güllə atmayın”. Toyuqlu pizza

Almazbek Atambayev güc strukturlarına müraciətlə deyib: “Bu gün sizə atəş əmri verənlər ölkədən qaçacaq, ancaq siz qalacaqsınız. Siz xalq qarşısında and içmisiniz, bu gün onlara güllə atırsınız”.

Sabiq prezident, həmçinin tərəfdarlarına da təşəkkürünü bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!