İqtisadi Şuranın növbəti iclası keçirildi

saytların hazırlanması

Evə çatdırılma

İqtisadi Şuranın növbəti iclası keçirildi

Siyasət

22 Dekabr 2022 20:09 544


İqtisadi Şuranın növbəti iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Sərəncamından irəli gələrək maliyyə-bank sistemində qanunvericilik aktlarına təklif olunan dəyişikliklərin layihələri ətraflı müzakirə olunub. pizza hut

İclasda Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzəsi dinlənilib və qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!