Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması ən vacib amillərdən olduğunu istehlakçıların diqqətinə çatdırılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən SMS bildirişlərin göndərilməsinə başlanılıb.
Bu barədə Yenisabah.az-a nazirlikdən məlumat verilib.
Belə ki, “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorları vasitəsilə istehlakçılara ticarət mərkəzlərindən alış-veriş zamanı tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması və dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi barədə bildirişlər göndərilir. Pepperoni pizza
Telegram kanalımız