İradə Cavadova “Real Cümhuriyyətçilər” koalisiyasından çıxdı

saytların hazırlanması

Evə çatdırılma

İradə Cavadova “Real Cümhuriyyətçilər” koalisiyasından çıxdı

Siyasət

17 Dekabr 2019 12:53 1266


Tanınmış vəkil İradə Cavadova parlament seçkilərilə bağlı qərarını dəyişib.

Yenisabah.az xəbər verir ki, “Real Cümhüriyyətçilər” koalisiyası ilə seçkilərə qatılan vəkil bu qərarını tələsik olduğunu bildirib. O, qeyd edib ki, seçkilərə müstəqil namizəd kimi qatılmaq qərarına gəlib. 

“Bildiyiniz kimi,15 dekabr 2019-cu il tarixdə “Real Cümhuriyyətçiler” ittifaqının təşəbbüsü ilə ittifaqa qoşulmuşam. Hal-hazırda səfərdəyəm və hesab edirəm ki, tərəfimdən səfərqabağı biraz tələsik qərar qəbul etmişəm. Tələsik qərarıma görə üzr istəyirəm. Seçkilərdə tam müstəqil və bitərəf kimi iştirak edirəm, koalisiya şəklində aktiv iştirak edə bilməyəcəyimi nəzərə alaraq ittifaqdan çıxdığımı bəyan edirəm. Ümid edirəm ki, bu qərarımla dostlarımla zərə vurmadım. Seçkilərdə hamıya uğurlar arzu edirəm”, - deyə İradə Cavadova bildirib. pizza

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!