İran ABŞ-ın hərbi bazalarına raket zərbələri endirdi 

saytların hazırlanması

Evə çatdırılma

İran ABŞ-ın hərbi bazalarına raket zərbələri endirdi 

Dünya

08 Yanvar 2020 04:36 1309


İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraqdakı iki hərbi bazasına raket hücumu edib.

TASS xəbər verir ki, zərbə qanadlı və ballistik raketlərlə həyata keçirilib.

Raket zərbələrinə İraqın qərbindəki “Eyn əl-Əsəd” və ölkənin şımalında Ərbil şəhəri yaxınlığında yerləşən hərbi bazalar məruz qalıb. Toyuqlu pizza

SEPAH-ın bəyanatına görə, ABŞ-ın hərbi bazalarına qarşı əməliyyat “Şəhid Süleymani” adı alıb.

“Biz ABŞ hökumətinə bildiririk ki, İrana qarşı təcavüz edilən istənilən ərazi hücuma məruz qalacaq”, - deyə bəyanatda bildirilir.

“Press TV” telekanalı ABŞ-ın İraqdakı obyektlərinə zərbələrin video görüntülərini yayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!