İran Bankının Bakı Filialı ehtiyatlar hesabına “çulunu sudan çıxardı”, amma yenə də kiçildi 

saytların hazırlanması

Evə çatdırılma

İran Bankının Bakı Filialı ehtiyatlar hesabına “çulunu sudan çıxardı”, amma yenə də kiçildi 

İqtisadiyyat

10 Yanvar 2025 18:24 617


“Bank Melli İran”nın Bakı Filialı 2024-cü ili 7,72 milyon manat xalis mənfəətlə başa vurub. Bu 2023-cü ilə nisbətən 2 dəfə çoxdur. 

"Yeni Sabah" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə filial 5,07 milyon manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 64% çoxdur. Filialın faiz xərcləri isə cəmi 285,6 manat təşkil edib. pizza sifarişi

Ötən ildən etibarən “Bank Melli İran” kredit verilişini dayandırdığı üçün aktivlər üzrə ehtiyat ayırmalardan 6,62 milyon manat vəsaiti geri çəkib. Bu isə 2023-cü ilə nisbətən 2 dəfə çoxdur. Başqa sözlə, bu amil Filialın xalis mənfəətinin kəskin artmasına təsir edib.

Filialın mənfəəti artsa da, tətbiq edilən məhdudiyyət 2023-cü illə müqayisədə 2,2% kiçilib. Belə ki, 2025-ci il yanvar 1-nə Filialın cəmi aktivləri 2,66 milyon manat azalaraq 119,1 milyon manat təşkil edib. Həmçinin, kredit portfeli 63,4% (2,58 mln. manat) azalaraq 1,49 milyon manat təşkil edib. 2023-cü ilin sonunda bu rəqəm 4,07 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə bankın öhdəlikləri 2024-cü ilin əvvəlinə nisbətən 10,4 milyon manat və ya 13% azalaraq 70,17 milyon manata enib. Filialın cəmi kapitalı isə bu dövrdə 19% artaraq 48,9 milyon manata bərabər olub. “Bank Melli İran”nın Bakı Filialının yığılmış zərəri 32,4 milyon manatdan 24,67 milyon manata enib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!