İran internetə çıxışı bərpa etməyə başladı

saytların hazırlanması

Evə çatdırılma

İran internetə çıxışı bərpa etməyə başladı

Dünya

22 Yanvar 2026 22:12 657


İran hakimiyyəti xarici saytlara girişə qoyulan məhdudiyyətləri aradan qaldırmağa başlayıb.

"Yeni Sabah" xəbər verir ki, bəzi iranlı mobil telefon abunəçiləri başqa ölkələrin veb-saytlarına yenidən baxa bildiklərini açıqlayıb.

Bununla belə, bəzi internet saytları üçün məhdudiyyətlər qüvvədə qalır. Dördpendirli pizza

Ölkədə internetin bağlanması etirazların kütləvi iğtişaşlara çevrilməsinə səbəb olan xarici mesajlaşma proqramlarının təsirini cilovlamaq cəhdləri ilə bağlı idi.

Qeyd edək ki, etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və artan iqtisadi çətinliklərə etiraz olaraq başlanıb və qısa müddətdə bir çox şəhərə yayılıb.

8 yanvarda paytaxt Tehranda keçirilən etiraz aksiyaları zamanı baş verən hadisələrin şiddətlənməsindən sonra hökumət internetə çıxışı məhdudlaşdırıb./“Qafqazinfo”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!