İran-İraq sərhədində zəlzələ

saytların hazırlanması

Evə çatdırılma

İran-İraq sərhədində zəlzələ

Dünya

09 Yanvar 2020 12:53 1063


İranın qərbində yerləşən Kirmanşah vilayətinin Qəsre-Şirin şəhərinin 23 kilometrliyində və İraqın Xanaqin şəhərinin 43 kilometrliyində 4,3 bal gücündə zəlzələ olub.

"Yeni Sabah"ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 14:22-də 10 kilometr dərinlikdə qeydə alınıb. pizza sifarişi

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında 5,9 bal gücündə zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!