İran liderindən Trampa ismarış: Onu da devirəcəklər -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İran liderindən Trampa ismarış: Onu da devirəcəklər - VİDEO

Dünya

09 Yanvar 2026 14:13 449


"Donald Tramp bilməlidir ki, o da devriləcək".

"Yeni Sabah" xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xamnəi bildirib.

O bu gün İranda baş berən etiraz aksiyaları və iğtişaşlardan söz açarkən vandal şəxslərin bu davranışı ABŞ Prezidentinə "xoş gəlmək üçün" etdiklərini vurğulayıb: pizza sifarişi

"Çünki o dedi ki... hansısa yersiz cəfəngiyat... "İran hökuməti filan şeyi etsə, mən də sizin tərəfinizi tutacağam... Bu insanların ümidləri ona bağlıdır.

Tramp bilməlidir ki, dünyanın bütün təkəbbürlü insanları, məsələn, Firon, Nəmrud, Rza Xan və Məhəmməd Rza... təkəbbürün zirvəsindən endirildilər. O da devriləcək".

Qeyd edək ki, dekabrın 28-də İranın paytaxtı Tehranda sahibkarların təşəbbüsü ilə başlayan aksiyalar qısa müddət ərzində ölkənin 30-dan çox vilayətinə yayılıb. Küçələrə çıxanlar qiymət artımlarına etiraz edirlər.

İran İnsan Haqları Təşkilatının məlumatına əsasən, iğtişaşlar zamanı 2 minə yaxın şəxs həbs edilib, etirazçılardan 29 nəfər öldürülüb, 64-ü yaralanıb.

İranın dövlət mediasının iddiasına görə isə, aksiyalar başlayandan bəri təhlükəsizlik qüvvələrini təmsil edən 295 nəfər yaralanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!