İran parlamentinin sədri Trampı hədələdi

saytların hazırlanması

Evə çatdırılma

İran parlamentinin sədri Trampı hədələdi

Dünya

12 Yanvar 2026 16:41 359


İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Donald Trampa sərt bəyanatlarla müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, o, regionda ABŞ-nin obyektlərinin məhv ediləcəyi ilə hədələyib.

Spiker Vaşinqtonu İrana qarşı “yanlış məlumatlara inanmaqda” ittiham edib. pizza mizza

Qaibaf bildirib ki, Məşhəd şəhərinin süqutu ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. O, dini-rəmzi vurğular edərək İmam Rzanın və İranın müdafiəçilərinin mövcudluğunu önə çəkib.

İran parlamentinin sədri ikinci çıxışında Trampı “xəyalpərəst və təkəbbürlü” adlandıraraq, İran xalqının ABŞ-ni özünə rəqib hesab etdiyini deyib. Qalibaf mərhum general Qasım Süleymaninin sözlərinə istinad edərək, İranın ABŞ ilə qarşıdurmaya hazır olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!