İran qadağası daha 15 gün uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

İran qadağası daha 15 gün uzadıldı

Dünya

24 Fevral 2020 11:01 856


İraq Kovid-19 (koronavirus) epidemiyasının yayılması ilə mübarizə məqsədilə İrana tətbiq olunan qadağanı daha 15 gün uzadıb. "Yeni Sabah" xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq Sərhəd Xidmətinin yazılı açıqlamasında bildirilib. Məlumata görə, bu müddət ərzində diplomatik pasport sahibləri istisna olmaqla heç kimin İrana gedib-gəlməyinə icazə verilməyəcək. Qeyd edək ki, İran Səhiyyə Nazirliyindən gələn məlumata görə ölkədə virusa yoluxanların sayı 43-ə, ölənlərin sayı isə 18-ə çatıb. Sabrina Eldarqızı
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!