İran Rusiyaya 4 milyar dollarlıq silah satıb

saytların hazırlanması

Evə çatdırılma

İran Rusiyaya 4 milyar dollarlıq silah satıb

Dünya

13 Yanvar 2026 10:47 373


İran Rusiyaya 4 milyar dollarlıq silah satıb.

“Yeni Sabah” Bloomberg-ə istinadən xəbər verir ki, Tehran Moskvaya raket silahları üzrə ümumi dəyəri təxminən 2,7 milyard dollar olan müqavilələr çərçivəsində silah tədarük edib.

Ümumilikdə isə Moskvanın İran istehsalı olan hərbi texnikaya xərclədiyi vəsait 4 milyard dolları ötüb. pizza

Məlumatı təsdiqləyən təhlükəsizlik məsələləri üzrə Qərb rəsmisi anonimlik şərti ilə bildirib ki, sözügedən müqavilələr 2021-ci ilin oktyabr ayından etibarən, yəni Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsindən bir neçə ay əvvəl imzalanıb. Razılaşmalar ballistik raketlər və “yer-hava” tipli raket sistemlərinin tədarükünü əhatə edib.

Alınan silahlar arasında “Fath-360” tipli yüzlərlə qısa mənzilli ballistik raket, təxminən 500 ədəd digər qısa mənzilli ballistik raket, hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulmuş 200-ə yaxın “yer-hava” raketi var.

Bundan əlavə, İslam Respublikası Rusiyaya milyonlarla döyüş sursatı və artilleriya mərmisi, həmçinin “Shahed-136” tipli kamikadze pilotsuz uçuş aparatları (PUA) tədarük edib. Eyni zamanda bu dronların Rusiya ərazisində “Geran-2” adı ilə istehsalı üçün texnologiyalar ötürülüb. 2023-cü ilin əvvəlində imzalanan dron müqaviləsinin dəyəri 1,75 milyard dollar olaraq qiymətləndirilir.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!