İran tankerini oğurlamaq cəhdi baş tutmadı

saytların hazırlanması

Evə çatdırılma

İran tankerini oğurlamaq cəhdi baş tutmadı

Dünya

03 Noyabr 2021 15:34 699


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) hərbi dəniz qüvvələri ABŞ hərbçilərinin Oman körfəzində İran neft tankerinə hücumunu dəf edib.

Yenisabah.az IRINN-ə istinadla xəbər verir ki, ABŞ hərbçilərinin Ərəb dənizindəki hövzədə gəminin qarşısını almaq cəhdi ilə bağlı İİKK-nin açıqlamasını yayıb.

İran baş verənlər ABŞ-ın “İran neftini oğurlamaq” cəhdi kimi qiymətləndirilib. pizza

Məlumata görə, ABŞ hərbi gəmisi bir tankeri dayandırıb və onun heyəti nefti başqa tankerə ötürməyə başlayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) xüsusi təyinatlıları ilə hadisə yerinə gəlib.

Onlar “neft oğurluğu”nu və İran tankerinin ABŞ-ın nəzarətinə keçməsini dayandırıblar.

Hadisədən sonra tanker İranın ərazi sularına qayıtmalı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!