İran televiziyası: Uşaqlardan muğayat olun -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İran televiziyası: Uşaqlardan muğayat olun - VİDEO

Dünya

09 Yanvar 2026 13:27 363


İran dövlət televiziysı IRIB ölkənin müxtəlif şəhərlərində, o cümlədən Tehranda baş verən iğtişaşlarla bağlı müraciət yayımlayıb.

"Yeni Sabah" xəbər verir ki, məlumatda gecə keçirilən aksiyalar "dağınıq" adlandırılıb və "riyakar və şahpərəst terrorçu elementlərin" paytaxtın bəzi yerlərində və ölkənin bir sıra digər şəhərlərində insanların şəxsi əmlakını, habelə ictimai nəqliyyatı talan etməsi və dağıtması kadrları göstərilib.

Daha sonra vətəndaşlardan iştişaşçılar barədə hüquq-mühafizə orqanlarına məlumat vermək, xüsusən də azyaşlılardan muğuyat olmağa çğırış edilib. pizza sifarişi

Qeyd edək ki, dekabrın 28-də İranın paytaxtı Tehranda sahibkarların təşəbbüsü ilə başlayan aksiyalar qısa müddət ərzində ölkənin 30-dan çox vilayətinə yayılıb. Küçələrə çıxanlar qiymət artımlarına etiraz edirlər.

İran İnsan Haqları Təşkilatının məlumatına əsasən, iğtişaşlar zamanı 2 minə yaxın şəxs həbs edilib, etirazçılardan 29 nəfər öldürülüb, 64-ü yaralanıb.

İranın dövlət mediasının iddiasına görə isə, aksiyalar başlayandan bəri təhlükəsizlik qüvvələrini təmsil edən 295 nəfər yaralanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!