İran və İsrail razılaşması: Vasitəçi Rusiyadır

saytların hazırlanması

Evə çatdırılma

İran və İsrail razılaşması: Vasitəçi Rusiyadır

Dünya

15 Yanvar 2026 12:09 316


İran və İsrail Moskva vasitəsilə mesaj mübadiləsi aparıb və hər iki tərəf bir-birini əvvəlcə hücum etmək istəmədiklərinə inandırıb.

"Yeni Sabah" The Washington Post-a istinadla xəbər verir ki, dekabrın sonlarında, kütləvi etirazlar başlamazdan bir neçə gün əvvəl İsrail Rusiya vasitəsilə İranla əlaqə saxlayıb.

İsrail əvvəlcə hücum etməyəcəyinə söz verib. Mənbələri bildirib ki, İran Rusiya rabitə kanalı vasitəsilə qabaqlayıcı zərbə endirməyəcəyinə dair vəd verib. Marqarita pizza

İran rəsmiləri hələ də ABŞ-dən ehtiyatlanır. 

"Kan" telekanalı diplomatik mənbələrə istinadla yanvarın əvvəlində xəbər verib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə son söhbətində ondan Tehrana İsrailin İrana hücum etmək niyyətində olmadığı mesajını çatdırmasını istəyib. O, bunu İsrail hücumunun qaçılmaz olduğuna inanan İranın ilk zərbə endirəcəyi ssenarinin qarşısını almaq cəhdi ilə əlaqələndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!