İran XİN Azərbaycanın etirazına rəy bildirdi

saytların hazırlanması

Evə çatdırılma

İran XİN Azərbaycanın etirazına rəy bildirdi

Rəsmi

13 Mart 2023 13:32 1287


"Uçuş İranın sərhədyanı bölgələrində və İranın daxili ərazilərində, monitorinqlər çərçivəsində vaxtaşırı həyata keçirilən normal və şərti uçuş olub. Bu cür uçuşlar əvvvəllər də həyata keçirilib".

Yenisabah.az "Akharinkhabar"a istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənani deyib.

O, İran hərbi təyyarəsinin Azərbaycanla həmsərhəd ərazilərində uçuşuna dair sualı cavablandırıb. Sezar pizza

N. Kənani İran səfirinin Azərbaycan XİN-ə cağırılıması və etiraz notası verilməsinə dair deyib:

"Təyyarənin uçuşu İranın daxili məkanında, ümumi sərhədə paralel və Azərbaycan sərhədindən münasib məsafədə həyata keçirilib. Bir şey səhv olarsa, adətən, radarlar və hava hücumundan müdafiə şəbəkələri radio rabitəsi ilə lazımi xəbərdarlıqlar edir. Bu uçuşla bağlı heç bir radar və ya radio xəbərdarlığı verilməyib".

XİN söğzçüsü əlavə edib: "Beynəlxalq uçuş qaydalarına görə, əgər uçuş zamanı qeyri-adi hadisə baş verərsə, texniki çərçivələrdə məlumat mübadiləsi aparılır. Üstəlik, Azərbaycan Respublikası ilə müdafiə sahəsində əlaqələrimiz var, səfirliyimiz fəaldır, hərbi attaşemiz oradadır.

Əgər xoş niyyətə əsaslansaydı, İran səfirliyi və hərbi attaşemizlə fikir mübadiləsi aparılar və anlaşılmazlıqlar həll olunardı. Azərbaycan Respublikası hökumətinin səfiri XİN-ə çağırmasını xoşniyyətli, qonşuluq münasibəti hesab edə bilmərik.

Bu cür xüsusi məsələlərin məlum çərçivələrdə qaldırılacağını və həllini gözləyirik. Mübahisəli məsələlərin media məkanında və tribunalar arxasından qaldırılması onların həllinə kömək etmir və xoşməramlılıq əlaməti deyil".

Xatırladaq ki, martın 11-də İran hərbi təyyarəsi sərhədboyu 30 saatlıq uçuş həyata keçirib. Azərbaycan Müdafiə Nazirliyi və XİN bununla bağlı bəyanar yayıb və bu hərəkəti qeyri-dost kimi səciyyələndirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!