İranda aksiyalarda yeni şüar: “Dollar bahalaşıb, Xamenei yatıb!”

saytların hazırlanması

Evə çatdırılma

İranda aksiyalarda yeni şüar: “Dollar bahalaşıb, Xamenei yatıb!”

Rəsmi

24 Fevral 2023 10:32 774


İranın paytaxtı Tehranda və bir sıra şəhərlərdə etiraz aksiyaları yeni şüarlarla davam edir. 

“Report” xəbər verir ki, məlumatı “RadioFarda” yayıb.

Aksiyada iştirakçılar həmçinin dolların bahalaşmasına etirazlarını nümayiş etdirirlər, onlar “Dollar 50-ni (50 000 tümən nəzərdə tutulur- red.) aşdı, ayətullaha lənət!”, “Dollar bahalaşıb, Xamenei yatıb!” kimi şüarlar səsləndiriblər.  Pepperoni pizza

Belə ki, Tehranın qərb hissəsindəki rayonlarda hakimiyyətə qarşı keçirilən aksiyalarda “SEPAH-a ölüm!”, “Rza Şah, ruhun şad olsun!”, “Xameneiyə ölüm, Xomeyniyə lənət!” və digər yeni şüarlar səsləndirməyə başlayıblar. 

Məlumata görə, İsfahanda yol boyunca hasarlara “İranlının düşməni İslam Respublikasıdır!” şüarı həkk olunub. 

Tehran əyalətinin Narmak şəhərində etirazçılar tərəfindən “Xameneiyə ölüm!”, “Yoxsulluq, korrupsiya baha başa gəldi, bizi yıxdı!”, - deyə yürüş keçirilib. Bununla yanaşı, əyalətin digər rayonlarında da oxşar şüarlarla etiraz aksiyaları baş tutub. 

Paytaxtla yanaşı digər şəhərlərin küçə və prospektlərində rejimə qarş kəskin fikirlər və şüarlar qeyd olunub. 

Eyni zamanda etiraz aksiyalarında rejimin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilən fəalların məzarı başında da aksiyalar keçirilib, İran hakimiyyəti əleyhinə çıxışlar edilib, şüarlar səsləndirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!