İranda avtobus aşdı, 5 nəfər öldü, 44 nəfər yaralandı 

saytların hazırlanması

Evə çatdırılma

İranda avtobus aşdı, 5 nəfər öldü, 44 nəfər yaralandı 

Rəsmi

22 Mart 2023 10:40 821


İranın Cənubi Xorasan əyalətində yerləşən Mod şəhərinin yaxınlığında baş verən ağır yol qəzasında azı 5 nəfər ölüb, 44 nəfər yaralanıb. 

“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Xorasan əyalətinin yol polisinin rəisi Əlireza Rezai bildirib. 

Onun sözlərinə görə, yerli vaxtla saat 04:06-da Bircənd-Sarbiş yolunun 25-ci kilometrində, Mod şəhərindən 5 kilometr məsafədə avtobus aşıb.  Dominos pizza

Ə.Rezai məlumat verib ki, 41 nəfər xəstəxanaya çatdırılıb, 3 yaralıya isə yerində tibbi yardım göstərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!