İranda Azərbaycan bayrağına   - Hörmətsizlik

saytların hazırlanması

Evə çatdırılma

İranda Azərbaycan bayrağına - Hörmətsizlik

İdman

03 Oktyabr 2019 17:29 1333


Oktyabrın 2-də İran İslam Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour of Iran” velosiped yarışı başlayıb.

 "Yeni Sabah" "Sport7.az"a istinadən xəbər verir ki, 1-ci mərhələsi Təbrizdə start götürən veloturda Azərbaycan yığma komandası da iştirak edir.

Yarışın təqdimat mərasimi bizim üçün xoş olmayan hadisə ilə yadda qalıb. Belə ki, yarışda iştirak edən ölkələrin bayraqları içərisində Azərbaycan bayrağına nədənsə yer tapılmayıb. Belədə ölkəmizi orada təmsil edən nümayəndə heyətinin rəhbəri, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov Azərbaycan bayrağı tribunaya gətirilməyincə tədbirə qatılmayacağımızı bildirib. Toyuqlu pizza

Məhz bu tələbdən 40 dəqiqə sonra bayrağımız iştirakçı ölkələrin bayraqları ilə yanaşı qaldırılıb və həm komandamız, həm də nümayəndə heyətimiz təqdimat mərasimində iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!