İranda bu şəhərlərdə aksiyalar keçirildi, tonqallar qalandı

saytların hazırlanması

Evə çatdırılma

İranda bu şəhərlərdə aksiyalar keçirildi, tonqallar qalandı

Rəsmi

21 Dekabr 2022 14:43 827


İranın müxtəlif əyalətlərində etiraz aksiyası keçirilib. 

Musavat.com xəbər verir ki, Tehran metrosunun İnqilab stansiyasının önündə "Diktatora ölüm" və "Siyasi məhbuslar azad edilməlidir" şüarları səsləndirən etirazçılar hökumətə qarşı aksiya keçirib.

Neft şəhərciyində əhali etiraz məqsədilə küçələrdə tonqallar yandıraraq barrikadalar qurub. Etirazçı əhali İslam Respublikasına və onun rəhbərinə qarşı şüarlar səsləndirib: "Xameneyi qatildir, rəhbərliyi batildir!" pizza mizza

Kərəcdə İranda hökumət əleyhinə ümumxalq etirazlarının davam etdirilməsi çağırışlarına müsbət cavab verən vətəndaşlar Qolşəhr məhəlləsində küçələrə axışaraq “Diktatora ölüm olsun”, “İnflyasiya və bahalıq xalqın canını alıb”- deyə şüarlar  səsləndiriblər.

Rəşt şəhərində də molla rejiminə qarşı etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları "Azadlıq, azadlıq"- deyə şüar səsləndiriblər. əhali küçələrə axışaraq yollarda tonqal yandırıb və barrikadal qurub.

İranın Qum şəhərində Qasım Süleymaninin şəkli yandırılıb. Həmədanda xalqa divan tutan yarımhərbi və radikal “Bəsic” qüvvələrinin bazası yandırılıb.

Buşehr şəhərində isə etirazçı gənclər elmi-dini hövzənin binasına Molotov kokteylləri ilə od vurublar.

Qolpayeqan şəhərində etirazçılar radikal və yarımhərbi "Bəsic" qüvvələrinə məxsus qərargaha Molotov kokteylləri ilə od vurublar.

Aksiyalar davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!