İranda daha 47 məktəbli qız zəhərləndi - 20-sinin vəziyyəti ağırdır

saytların hazırlanması

Evə çatdırılma

İranda daha 47 məktəbli qız zəhərləndi - 20-sinin vəziyyəti ağırdır

Rəsmi

10 Aprel 2023 15:00 1065


İranda qızlar liseyinin şagirdləri zəhərlənib, ictimaiyyət etiraz edib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, İranın Kürdüstan əyalətinin Saqqız şəhərindəki Mirac Qız Liseyində təhsil alan şagirdlərin kimyəvi maddədən zəhərləndiyi iddia edilib.

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, məktəbə gələn valideynlərlə mühafizəçilər arasında qarşıdurma yaşanıb. Şagirdlərin zəhərlənməsinə səbəb olan hücuma etiraz edən saqqızlılar məktəbdə asılmış İran bayrağını endirərək, ölkə lideri Əli Xamneyi əleyhinə şüarlar səsləndiriblər. Sezar pizza

Məktəbə gələn polislərlə toplaşan insanlar arasında qarşıdurma yaranıb. Sosial şəbəkələrdə yayılan postlarda məktəbə gələn təcili yardım maşınları ilə yanaşı, valideynlərin də öz hesabına uşaqları xəstəxanalara apardıqları görülüb. 

Ən azı 47 şagirdin xəstəxanalara aparıldığı, onlardan 20-dən çoxunun vəziyyətinin ağır olduğu iddia edilib. Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!