İranda daha bir partlayış: Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

İranda daha bir partlayış: Ölən və yaralananlar var

Hadisə

29 Aprel 2025 21:37 422


Bu gün İranın İsfahan şəhərində partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış "Avanar Persian" adlı şirkətə məxsus anbarda partlayış baş verib.

Yenisabah.az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Anbar kimya istehsalı ilə bağlı sənaye kompleksinin ərazisində yerləşir. Müəssisənin dronların istehsalı ilə əlaqəli ola biləcəyi də bildirilib. Dördpendirli pizza

Xatırladaq ki, üç gün əvvəl Şəhid Rəcai limanında kimyəvi maddələr anbarında partlayış baş verib. Hadisə nəticəsində azı 70 nəfər həlak olub, 1200-dən çox insan xəsarət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!