İranda etiraz aksiyaları genişlənir - Hökumət interneti kəsdi   

saytların hazırlanması

Evə çatdırılma

İranda etiraz aksiyaları genişlənir - Hökumət interneti kəsdi   

Rəsmi

21 Dekabr 2022 13:18 658


İranda molla rejiminin əleyhinə etiraz aksiyaları davam edir. 

Musavat.com xəbər verir ki, İranın Buşehr, Qum, Həştgerd, Həmədan, Rəşt, İlam, Tehran, Məşhəd  və bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib.

Etirazlarda “Kürdüstandan Tehrana qədər canımız İrana fəda olsun!”, “Kürdüstan tək deyil, İran onu dəstəkləyir!", “İnflyasiya və bahalıq xalqın canını alıb”, “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, “Xameneyi qatildir, rəhbərliyi batildir” və digər şüarlar səsləndirilib. Marqarita pizza

İranda fəallar dekabrın 19, 20 və 21-də xalqı üç günlük etiraz aksiyalarına qatılmağa çağırıb. Bu səbəbdən gecə saatlarında yüzlərlə insan İranın küçələrinə çıxıb. Hökumət mitinqlərdən görüntülərin yayılmasının qarşısını almaq üçün interneti kəsib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!