İranda cinayət törətdiyinə görə həbs olunan Azərbaycan Respublikasının vətəndaşı Validə Yusifova humanitar səbəblərlə azad edilərək Azərbaycanın ədliyyə orqanlarına təhvil verilib.
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, Validə Yusifova təxminən 2 il "Evin" həbsxanasında həbsdə olub.
O, Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində bir sıra cinayətlərə görə məhkum edilib. pizza sifarişi
İran tərəfi V. Yusifovanın azad edilməsini xoş məram kimi izah edib.
Keçmiş məhbus Astara sərhəd keçid məntəqəsində təhvil verilib.
Telegram kanalımız