İranda hökumət dəstəkçilərinin nümyişləri keçirildi

saytların hazırlanması

Evə çatdırılma

İranda hökumət dəstəkçilərinin nümyişləri keçirildi

Dünya

12 Yanvar 2026 15:18 332


Bu gün Tehranda və daha bir neçə böyük şəhərdə iğtişaşlara qarşı hökumətyönümlü nümayişlər keçirilib.

"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, on şəhərdə nümayişə çıxan insanlar hökuməti dəstəkləyən şüarlar səsləndirib və iğtişaşçılar tərəfindən törədilən terror aktlarını pisləyiblər.

Bir müddət əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkə hakimiyyəti baş verən terror aktlarında ABŞ və İsrailin iştirakını sübut edən sənədlərə malikdir. Pepperoni pizza

Xatırladaq ki, dekabrın 29-da İran rialının kəskin ucuzlaşması səbəbindən Tehranda ticarətçilər etiraz aksiyalarına başlayıb. Böyük şəhərlərin əksəriyyətinə yayılan iğtişaşlar yanvarın 8-də pik həddə çatıb. İğtişaşlarda ölənlərin sayı hazırda dəqiləşdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!