İranda kütləvi aksiyalar keçirildi - Polis atəş açdı

saytların hazırlanması

Evə çatdırılma

İranda kütləvi aksiyalar keçirildi - Polis atəş açdı

Maraqlı

17 Sentyabr 2023 09:32 456


Məhsa Əmininin ölümünün ildönümündə İranın bir sıra şəhərlərində kütləvi aksiyalar keçirilib. 

Yenisabah.az yerli teleqram kanallarına istinadən xəbər verir ki, şəhər sakinləri kütləvi tətil keçirərək mağazalarını bağlayıblar. 

Ölkənin qərbində Mehabad, Merivan, Sənəndəc, Saqqez, Kirmanşah və Rəşt şəhərlərində küçə etirazları keçirilib.  pizza hut

Hökumət qüvvələrinin Mehabad və Kirmanşahda atəş açdığı bildirilir. 

Xatırladaq ki, 22 yaşlı kürd əsilli Mahsa Əmini hicab taxma qaydalarına əməl etmədiyi üçün əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra 2022-ci il sentyabrın 16-da dünyasını dəyişib. Onun ölümündən sonra bütün İranda hökumət əleyhinə kütləvi etirazlar başlayıb. 

Məhsa Əminin ölümünün ildönümü və ötənilki kütləvi etirazların təkrarlanması ehtimalı ilə İran rejimi bütün ölkədə nəzarətini gücləndirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!