İranda polis idarəsinə basqın edildi, ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

İranda polis idarəsinə basqın edildi, ölən və yaralananlar var

Dünya

04 Yanvar 2026 13:25 513


İranda davam edən etirazlar fonunda ölənlərin sayı artıb.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, Elam vilayətinin Məlikşah şəhərində iğtişaşçılar polis idarələrindən birinə daxil olmağa cəhd göstəriblər. Nəticədə silahlı qarşıdurma baş verib və üç nəfər həlak olub.

"Mehr" Xəbər Agentliyi isə ölənlərdən birinin hüquq‑mühafizə orqanlarının əməkdaşı, digər iki nəfərin isə etirazçı olduğu məlumatını yayıb. Toqquşmalarda bir neçə nəfərin yaralandığı bildirilir. Pepperoni pizza

Xatırladaq ki, İranda ümumxalq etirazlarında daha əvvəl üç nəfərin öldüyü bildirilmişdi.

Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!