İranda saxlanılan azərbaycanlı tələbə barədə qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

İranda saxlanılan azərbaycanlı tələbə barədə qərar verildi

Maraqlı

18 Avqust 2023 15:55 912


İranda casusluq ittihamı ilə saxlanılan azərbaycanlı tələbə Fərid Səfərlinin məkməsi keçirilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib. 

Tələbənin anası qeyd edib ki, oğlu ilə dünən telefonla danışıb. O bildirib ki, məhkəmə Fərid haqqında 2 il həbs qərarı çıxarıb. Hakim azərbaycanlı tələbəyə son söz verməyib.  pizza sifarişi

“Fərid artıq qərarı məktub şəklində alıb. Fərid qərarla barışmır, heç bir sübut olmadan bu cəzanın verilməsini qəbul edə bilmir”, - Dilarə Əsgərova vurğulayıb. 

Qeyd edək ki,  Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub. 

19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!