İranda son bir ildə 551 etirazçı öldürülüb 

saytların hazırlanması

Evə çatdırılma

İranda son bir ildə 551 etirazçı öldürülüb 

Maraqlı

18 Sentyabr 2023 16:43 402


İranda ötən il etirazlarda ölənlərin sayı açıqlanıb. 

Bakupost.az xəbər verir ki, İran İnsan Haqları Təşkilatı yeni hesabat dərc edərək İran hökuməti tərəfindən törədilən cinayətlərin sənədləşdirilməsinin vacibliyini vurğulayaraq, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə sadiq qalan bütün ölkələri İranda rəhbər şəxslərin məsuliyyətə cəlb edilməsində daha çox səy göstərməyə və iştiraka çağırıb. 

İranda etirazçıların ən çox ölüm halı 2022-ci il sentyabr və noyabr aylarında qeydə alınıb.  Sezar pizza

Belə ki, ötən il sentyabrın 21-də 63 nəfər, 22-də 20 nəfər həmin ayın 30-da, yəni Zahidanın “Qanlı Cümə” günündə isə 104 nəfər qətlə yetirilib. 

Eləcə də, noyabr ayının 16-da 29 nəfərin həyatına son qoyulub. 

Təşkilatın məlumatına görə, son bir ildə 68 uşaq, 49 qadın və 22 şübhəli ölümü də nəzərə almaqla 551 etirazçının öldürülməsi qeydə alınaraq təsdiqini tapıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!